Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zaur Kamaldan dələduzluq xəbərdarlığı

Aparıcı Zaur Kamal sosial şəbəkə hesabında izləyicilərinə və sənət adamlarına mühüm xəbərdarlıq edib.

Aparıcı bildirib ki, naməlum şəxslər oğlunun adından istifadə edərək müğənnilərə zəng vurur və müxtəlif bəhanələrlə pul tələb edirlər.

Zaur Kamal bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini açıqlayıb və hər kəsi ehtiyatlı olmağa çağırıb.

Aparıcı paylaşımında bunları yazıb: 

"Diqqətinizə çatdırmaq istəyirəm ki, oğlumun adından istifadə edib müğənnilərə zəng edərək pul istəyirlər. Artıq polisə müraciət etmişəm. Qətiyyən inanmayın və diqqətli olun".

O, paylaşımında həmin zənglərin edildiyi iddia olunan mobil nömrəni də qeyd edərək, bu nömrədən gələn zənglərə etibar edilməməsini tövsiyə edib.

Zaur Kamal izləyicilərini və xüsusilə şou-biznes nümayəndələrini bu cür dələduzluq cəhdlərinə qarşı ayıq-sayıq olmağa çağırıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də