Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncədə yas mərasimində yenə zəhərlənmə oldu 

Gəncədə yas mərasimində yenə zəhərlənmə oldu 

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Hadisə şəhər ərazisində keçirilən yas mərasimində baş verib.

Belə ki, 5 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, həmin şəxslər yas mərasimində yemək yeyəndən sonra özlərini narahat hiss ediblər.

TƏBİB-dən bildirilib ki, bu gün saat 17:50 radələrindən başlayaraq 2-si azyaşlı olmaqla 5 nəfər (1 kişi, 2 qadın, 1 qadın cinsli, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki tibb müəssisələrinə - Abbas Səhhət adına xəstəxanaya və Uşaq Xəstəxanasına hospitalizasiya olunublar.

Zəhərlənmə şübhəsilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, 4 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Xatırladaq ki, 2 gün əvvəl də Gəncədə yas mərasimində kütləvi zəhərlənmə baş verib. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də