
Türkiyənin "Beşiktaş" klubu İngiltərənin "Arsenal" komandasının futbolçusu Leandro Trossardı heyətinə qatmağa hazırlaşır.
Belçikalı yarımmüdafiəçi transfer danışıqlarını davam etdirmək üçün İstanbula gəlib.
30 yaşlı oyunçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, Leandro Trossard 2023-cü ildən "Arsenal"ın formasını geyinir. O, daha əvvəl Belçikanın "Genk" və İngiltərənin "Brayton" klublarında çıxış edib.


