Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zirədə çimərlikdə narahatlıq yaradan görüntülər 

Zirədə çimərlikdə narahatlıq yaradan görüntülər 

Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən, sakinlərin çimərlik kimi istifadə etdikləri ərazidə dəniz suyunun tünd qəhvəyi, palçıq rəngini xatırladan çalara düşməsi narahatlıq yaradıb.

Görüntülərdə sahilboyu ərazidə suyun geniş bir hissəsinin qəhvəyi rəng aldığı müşahidə edilir.

Sakinlər sözügedən suyun tərkibindəki maddələrin nədən qaynaqlandığını bilmədikləri üçün təşvişə düşdüklərini qeyd edirlər.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, əməkdaşlar tərəfindən əraziyə baxış keçirilib.

Qurumun məlumatına görə, sudan nümunələr götürülərək Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriyaya təqdim olunub.

"Hazırda nümunələr üzrə laborator analizlər aparılır və nəticələr əldə olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Eyni zamanda bildiririk ki, aparılmış ilkin araşdırmalar zamanı sözügedən ərazidən Xəzər dənizinə istiqamətlənmiş hər hansı axar müşahidə edilməyib", - deyə açıqlamada qeyd olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də