Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyə Netanyahunu beynəlxalq axtarışa verdi

Türkiyə Netanyahunu beynəlxalq axtarışa verdi

İstanbul məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu barəsində “qırmızı bülleten”lə beynəlxalq axtarış elan olunması barədə qərar qəbul edib.

Qərar İstanbul 11-ci Ağır Cinayətlər Məhkəməsində baxılan “Sumud” humanitar yardım flotiliyası işi üzrə qəbul edilib. Məhkəmə Netanyahunun prosesdə iştirakının təmin edilməsi məqsədilə onun barəsində İnterpola “qırmızı bülleten” sorğusunun göndərilməsinə qərar verib.

İttihama əsasən, Benyamin Netanyahu və digər təqsirləndirilən şəxslər insanlığa qarşı cinayətlər, soyqırımı, işgəncə, qəsdən xəsarət yetirmə, əmlaka zərər vurma, nəqliyyat vasitələrinin hərəkətinə mane olma, gəminin qaçırılması və ya qanunsuz saxlanılması, eləcə də şəxsi azadlıqdan qanunsuz məhrum etmə kimi maddələr üzrə mühakimə olunurlar.

Qeyd edək ki, məhkəmənin qərarı İnterpol tərəfindən avtomatik olaraq “qırmızı bülleten”in verilməsi anlamına gəlmir. Türkiyə aidiyyəti sorğunu İnterpola təqdim etməlidir və təşkilat müraciəti öz qaydalarına uyğun şəkildə ayrıca qiymətləndirəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də