
Azərbaycanın sərbəst güləşçisi Yusif Dursunov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.
Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
125 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz rusiyalı Soslan Qabuyevə qalib gələrək Avropa çempionu olub.


