Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda binada YANĞIN OLDU

Bakıda binada YANĞIN OLDU
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən hündürmərtəbəli yaşayış binasının zirzəmisində elektrik sayğacları quraşdırılan hissədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədəFövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

"Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 10kv.m. olan elektrik otağında 93 ədəd sayğac və ayırıcı, 2 ədəd elektrik tənzimləyicisi yanıb. 

Yaşayış binası və mənzillər yanğından mühafizə olunub", - deyə rəsmi məlumatda vurğulanıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də