Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyə hökuməti Yaxın Şərqdəki son vəziyyəti müzakirə edəcək

Türkiyə hökuməti Yaxın Şərqdəki son vəziyyəti müzakirə edəcək

Türkiyə Nazirlər Kabineti iyulun 13-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda Ankarada baş tutmuş NATO sammitinin yekunlarını, Yaxın Şərqdəki son vəziyyəti, İran ətrafındakı münaqişəni və Ukrayna böhranının nizamlanması prosesini müzakirə edəcək.

Bu barədə "A Haber" telekanalı məlumat yayıb.

Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan Şimali Atlantika Alyansının sammitinin yekunlarına dair verdiyi bəyanatda Türkiyənin Ukraynada sülhün əldə olunması üçün diplomatik əlaqə kanallarını açıq saxladığını bildirib.

Türkiyə lideri vurğulayıb ki, münaqişənin ilk günlərindən etibarən dialoq və diplomatiyanın tərəfdarı olan və Rusiya ilə Ukrayna arasında danışıqlara dəfələrlə ev sahibliyi edən rəsmi Ankara tərəflər üçün yenidən öz platformasını təqdim etməyə hazırdır.

Qeyd edək ki, əvvəlki illərdə, xüsusilə 2025-ci ildə İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üç raund birbaşa danışıqlar keçirilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də