Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sabah çimərliyə gedənlərin nəzərinə!

Sabah çimərliyə gedənlərin nəzərinə!

Abşeron çimərliklərində iyulun 12-nə gözlənilən hava şəraiti açıqlanıb.

 Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sabah şimal-qərb küləyi əsəcək, gündüz saatlarında isə arabir güclənəcək.

Məlumata görə, dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulbada 24-25 dərəcə isti, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də