
Azərbaycanda əsrlər boyu formalaşan dini tolerantlıq və müxtəlif dinlərin dinc yanaşı yaşaması ölkənin milli kimliyinin və mədəni diplomatiyasının əsas elementlərindən biri kimi önə çəkilir.
Azərbaycanda əsrlər boyu formalaşan dini tolerantlıq və müxtəlif dinlərin dinc yanaşı yaşaması ölkənin milli kimliyinin və mədəni diplomatiyasının əsas elementlərindən biri kimi önə çəkilir.
Bu barədə beynəlxalq mediada dərc olunan reportajda qeyd olunub.
Bildirilir ki, Azərbaycanda müsəlman, xristian və yəhudi icmaları uzun illərdir qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşayırlar.
Videoda vurğulanır ki, Bakıda fəaliyyət göstərən katolik kilsəsi həm yerli sakinlərə, həm də xarici vətəndaşlara xidmət göstərir. Kilsə rəhbərliyi Şeyxülislam, eləcə də yəhudi və pravoslav icmalarının rəhbərləri ilə mütəmadi görüşlər keçirdiklərini bildirir.
Eyni zamanda, Şəki və Qax rayonlarında yerləşən tarixi kilsələrin Azərbaycanın zəngin xristian irsinin mühüm nümunələri olduğu qeyd edilir.


