Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda polis maşını qəzaya uğrayıb - FOTO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
RegionTV.info APA-ya istinadən xəbər verir ki, hadisə Mirzəağa Əliyev küçəsində qeydə alınıb.
Yüksək sürətlə hərəkət etdiyi deyilən "Kia" markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib. İdarəetmədən çıxan "Kia" Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinə məxsus "FIAT" markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində "Kia"da olan bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib.
Araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də