Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vyetnamda turist qayığı batdı: 15 nəfər öldü

Vyetnamda turist qayığı batdı: 15 nəfər öldü

Vyetnamın cənubunda, Fukuok adası yaxınlığında turistləri daşıyan gəzinti qayığının çevrilməsi faciə ilə nəticələnib.

Hadisə Hon Mey Rut Nqoay adasından təxminən 400 metr aralıda baş verib.

Məlumata görə, göyərtəsində 32 turist və 4 ekipaj üzvü olan sürətli qayıq qəfil yaranan texniki nasazlıq səbəbindən çevrilib. Nəticədə göyərtədə olan bütün şəxslər dənizə düşüb.

Hadisə yerinə cəlb olunan xilasedicilər 21 nəfəri sağ xilas etməyə müvəffəq olublar. Qəza nəticəsində 15 nəfər - 13 kişi və 2 qadın həyatını itirib.

Sağ qalanlar müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq başvermə səbəbi müəyyənləşdirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də