Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Peskov: Rusiya Üçüncü Dünya müharibəsini başlamayacaq

Peskov: Rusiya Üçüncü Dünya müharibəsini başlamayacaq
Rusiya Üçüncü Dünya müharibəsini başlamayacaq, lakin ona qarşı belə bir müharibə başladılacağı təqdirdə sonadək mübarizə aparacaq.

Bunu Kremlin sözçüsü Dmitri Peskov İsveçrənin Die Weltwoche nəşrinə müsahibəsində deyib.

Peskov Rusiyanın belə bir müharibəyə başlamaq niyyətində olmadığını bildirib.

"Rusiya çox böyük və çox məsuliyyətli dövlətdir ki, Üçüncü Dünya müharibəsini başlasın. Başqa məsələ isə Avropadır. Avropa siyasətçilərinin başında müxtəlif çılğın ideyalar dolaşır", – o qeyd edib.

Kreml sözçüsü vurğulayıb ki, Rusiya tarix boyu müharibələri başlamayıb, lakin ona qarşı başlanan müharibələrdə sona qədər mübarizə aparıb.

"Biz heç vaxt Üçüncü Dünya müharibəsini başlamayacağıq. Biz heç vaxt onu başlamamışıq. Tarixə baxın. Amma bizə qarşı müharibə başlayanda sonadək mübarizə aparmışıq", – Peskov bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də