
Rəqəmsallaşma, süni intellekt və dezinformasiya risklərinin artdığı dövrdə media qarşısında yeni çağırışlar yaranır. Son illərdə ənənəvi xarakter alan Şuşa Qlobal Media Forumu isə bu məsələlərin beynəlxalq səviyyədə müzakirə edildiyi əsas platformalardan birinə çevrilib.
Forumda süni intellektin mediaya təsiri, dezinformasiyaya qarşı mübarizə, informasiya təhlükəsizliyi və jurnalistikanın gələcəyi kimi mövzular müzakirə olunur. İndiyədək 81 ölkədən yüzlərlə media nümayəndəsi, ekspert və rəsmi şəxs forumun işində iştirak edib.
Bu il keçiriləcək IV Şuşa Qlobal Media Forumu da media, həqiqət və etimadın bərpası istiqamətində beynəlxalq dialoqu davam etdirəcək.


