Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

66 milyon manatlıq ərzaq satın alınıb - RƏSMİ 

66 milyon manatlıq ərzaq satın alınıb - RƏSMİ 

"Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" portalına dair 2026-cı ilin ilk 6 ayı (yanvar-iyun) üzrə rəsmi statistik məlumatlar açıqlanıb. 

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-dən bildirilib ki, hesabat dövründə portal vasitəsilə satın alınmış ərzaq məhsullarının ümumi dəyəri 66 932 307 manat 86 qəpik təşkil edib.

İlk yarımilliyin statistik göstəricilərinə əsasən, ərzaq məhsullarını dövlət sifarişi ilə satın alan dövlət təşkilatlarının sayı 112-yə çatıb. Portal üzərindən ərzaq məhsullarının satışını həyata keçirən satıcı və istehsalçıların sayı 84 təşkil edib. Dövlət sifarişlərinin daxil olduğu regionların sayı 73 olub. Bundan başqa, yarım il ərzində dövlət ehtiyacları üçün ümumilikdə 228 növdə ərzaq məhsulu satın alınıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də