Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İranda Trampın maketini yandırdılar

İranda Trampın maketini yandırdılar

İranın Məşhəd şəhərində ABŞ Prezidenti Donald Trampın nəhəng LEGO kublarından hazırlanmış fiquru asıldıqdan sonra yandırılıb.

Hadisə mərhum ali lider Ayətullah Əli Xameneinin dəfn mərasimləri çərçivəsində, mərasimin yekun hissəsinin keçirildiyi doğma şəhəri Məşhəddə baş verib. LEGO konstruktordan hazırlanmış Tramp fiquru əvvəlcə improvizə edilmiş dar ağacından asılıb, daha sonra yerə endirilib. Ardınca fiqur məşəllərlə yandırılıb və bu, izdihamın alqışları ilə müşayiət olunub.

Ayətullah Əli Xamenei bir həftə davam edən matəm mərasimlərindən sonra dünən Məşhəddə dəfn edilib.

Bildirilir ki, Xameneinin məzarı Məşhəddəki İmam Rza ziyarətgah kompleksinin Dar əl-Zikr salonunda yerləşir
O, ABŞ və İsrailin 28 fevral tarixində həyata keçirdiyi hücum nəticəsində həlak olmuşdu.

Xameninin vida və dəfn mərasimində 40 milyon nəfərin iştirak etdiyi bildirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də