Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qafqazda yanacaq satışı məhdudlaşdırıldı

Qafqazda yanacaq satışı məhdudlaşdırıldı

Rusiyanın Şimali Qafqaz regionlarında yanacaq qıtlığı ilə bağlı məlumatlar yayılıb.

Bu barədə “Kavkazski Uzel” nəşri məlumat yayıb.

Bildirilib ki, bir çox yanacaqdoldurma məntəqələrində avtomobillərə maksimum 20-30 litr benzin satılır. Nəticədə bəzi ərazilərdə yanacaq məntəqələri qarşısında saatlarla davam edən növbələr yaranıb.

Məlumata görə, Şimali Osetiyada təcili yardım, fövqəladə xidmətlər və ictimai nəqliyyat vasitələrinin yanacaqla təminatına üstünlük verilir.

Buna baxmayaraq, regional hakimiyyət orqanları bölgədə yanacaq qıtlığının olması ilə bağlı iddiaları rədd edir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də