Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İki deputat mandatdan könüllü imtina etdi

İki deputat mandatdan könüllü imtina etdi
Ermənistanın hakim “Vətəndaş müqaviləsi” Partiyasının üzvü Vaqarşak Akopyan yeni parlamentdə deputat mandatından imtina qərarı verib.


Akopyan bu barədə sosial mediada bildirib.

Akopyan özəl sektorda işləmək istədiyini və 10 iyulda Mərkəzi Seçki Komissiyasına müvafiq ərizə təqdim edəcəyini deyib.

"Qərar Baş nazir və “Vətəndaş müqaviləsi” Partiyasının idarə heyəti ilə razılaşdırılıb. Mən partiyada qalmağa və siyasi komandamıza töhfə verməyə davam edəcəyəm", - deyə o yazıb.

Hakim “Vətəndaş müqaviləsi” Partiyasının daha bir üzvü - Ermənistanın Talin icmasının rəhbəri Tavros Sapeyan da deputat mandatından imtina edib.

O da bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Sapeyan bildirib ki, Ermənistan parlamentinin deputatı mandatından imtina edərək fəaliyyətini Talin icmasının rəhbəri kimi davam etdirmək qərarına gəlib.

Xatırladaq ki, yeni parlamentdə hakim “Vətəndaş müqaviləsi” Partiyasını 64 deputat təmsil edəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də