
ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) iş adamı İlon Maskı "Twitter" (indiki X) səhmlərinin alınması ilə bağlı məlumatı vaxtında açıqlamadığına görə 1,5 milyon dollar məbləğində cərimələyib.
Bu barədə ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyası məlumat yayıb.
Bildirilib ki, araşdırma Maskın 2022-ci ilin martında "Twitter"in 9,2 faiz səhmini alması barədə məlumatı gec təqdim etməsi ilə əlaqədar aparılıb.
Komissiyanın qaydalarına əsasən 5 faizdən çox səhmi əldə edən investor bu barədə tənzimləyici quruma 10 gün ərzində məlumat verməlidir.
İlon Mask isə sözügedən səhmləri 14 mart 2022-ci ildə alsa da bu barədə bildirişi yalnız 4 aprel tarixində təqdim edib.


