Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Güləşçimiz Avropa çempionatında ikinci oldu

Güləşçimiz Avropa çempionatında ikinci oldu

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.

Qadın güləşçimiz Günay Qurbanova (59 kq) finalda isveçli Karin Samuelssona 2:10 hesabıyla məğlub olub.

Beləliklə, Qurbanova çempionatın gümüş medalını qazanıb.

Digər güləşçimiz Ruzanna Məmmədova (62 kq) macarıstanlı Barbara Baqerə "tuş"la qalib gələrək finala yüksəlib.

Zəhra Kərimzadə (72 kq) isə yarımfinalda litvalı Qreta Tverskiteyə 2:3 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də