Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kiflənmiş qidalar düşündüyünüzdən də təhlükəli imiş - Həkimdən XƏBƏRDARLIQ 

Kiflənmiş qidalar düşündüyünüzdən də təhlükəli imiş - Həkimdən XƏBƏRDARLIQ 

Kiflənmiş meyvənin, çörəyin və ya pendirin xarab hissəsini kəsib yeməyə davam edirsiniz? Həkimlər bunun düşündüyünüz qədər təhlükəsiz olmadığını deyirlər.

Həkim-terapevt Zöhrə Əliyevaaçıqlamasında izah etdi ki, kifin ən böyük təhlükəsi onun bəzi növlərinin mikotoksinlər adlanan zəhərli maddələr ifraz etməsidir.

Onun sözlərinə görə, mikotoksinlərin nə dadı, nə də qoxusu olur. Üstəlik, onlar yüksək temperatura davamlı olduqlarından qida məhsulları bişirildikdən və ya digər isti emal prosesindən keçdikdən sonra da ölmür.

“Bu maddələrin insan orqanizminə təsiri kəskin zəhərlənmələrə, qaraciyər və böyrəklərin zədələnməsinə, immun sisteminin zəifləməsinə, eləcə də xərçəng xəstəliklərinin yaranmasına  səbəb ola bilər”, – deyə R.Əliyeva xəbərdarlıq edib.

Həkim vurğulayıb ki, qidanın üzərində əmələ gələn kifin hansı növə aid olduğunu və mikotoksin ifraz edib-etmədiyini sadəcə görünüşünə baxaraq müəyyən etmək mümkün deyil. Bunun üçün laborator müayinələr aparılmalıdır.

Onun sözlərinə görə, məhsulun kiflənmiş hissəsini kəsib atmaqla da təhlükədən qurtulmaq olmur. Çünki kif mikroskopik göbələklərdən ibarətdir və məhsulun daxilində geniş yayılmış budaqlanmış quruluş yaradır. Səthdə görünən hissə isə bu quruluşun yalnız kiçik bir hissəsidir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də