
Bu il Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Qarabağ” klubu ilk oyuna çıxır.
Bu gün - iyulun 9-da Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
“Qarabağ” İslandiyanın “Vestri” komandası ilə qarşılaşacaq.
Matç 9 iyul saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Oyunu CBC Sport telekanalı canlı yayımlayacaq.
Qeyd edək ki, komandaların cavab görüşü iyulun 16-da Reykyavikdə keçiriləcək.


