Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bp 2050-ci ilə kimi Azərbaycanda qalacaq

bp 2050-ci ilə kimi Azərbaycanda qalacaq

30 ildir ki, Azərbaycanda fəaliyyət göstərən bir şirkət kimi, daha 25 il də burada fəaliyyət göstərmək istəyirik. 

Bunu Yeni Klinikada Simulyasiya və Təlim Mərkəzinin açılış mərasimində "bp"nin Xəzər, Orta Asiya və Türkiyə regionu üzrə xarici əlaqələr və kommunikasiya vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Onun sözlərinə görə, "bp" təkcə neft-qaz layihələri ilə kifayətlənmir, həm də sosial həyatla bağlı müxtəlif təhsil layihələri həyata keçirir: "Lakin bu simulyasiya unikal bir layihədir. Doğrudur, o, sağlamlıq sahəsi ilə bağlıdır, lakin daxilində təhsil komponenti də var".

B.Aslanbəyli qeyd edib ki, son 15-20 illik müddətə nəzər yetirdikdə neft-qaz, təhsil və nəqliyyatla yanaşı, tibb sektorunun da nə qədər inkişaf etdiyini görmək olar: "Biz açıq şəkildə görə bilərik ki, səhiyyə sahəsi daha çox inkişaf edərək öndə gedir. Biz də çalışırıq ki, fəaliyyətimizlə bu inkişafa öz töhfəmizi verək".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də