
Pakistanın K2 Airvays aviaşirkətinə məxsus Boeing 737-400 yük təyyarəsi Ərəb dənizi üzərində radarlardan itib.
Təyyarə Pakistanın hava məkanına yaxınlaşarkən Kəraçidən təxminən 300 kilometr qərbdə dispetçerlərlə əlaqəni itirib.
Bildirilib ki, göyərtədə 5 ekipaj üzvü olub. Nəşrin məlumatına əsasən, pilot uçuş zamanı naviqasiya sistemində problem yarandığını bildirərək hava hərəkətinə nəzarət mərkəzindən kömək istəyib.


