Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

TƏCİLİ!Ermənilər Kəlbəcərdə hərəkətə KEÇDİ- düşməndən növbəti təxribat – FOTOLAR + VİDEO

RegionTV.info 
Bir neçə gün əvvəl Kəlbəcər rayonunun (keçmişdə Ağdərənin) Heyvalı (Drmbon) kəndinin erməni sakinləri Azərbaycana aid maşın karvanının qarşısını kəsərək, Rusiya sülhməramlıların generalına bildirmişdilər: “Azərbaycan Kəlbəcər yolundan istifadə etməklə Vardenis istiqamətində dövlət sərhədini açmasa, Ağdərə yolundan Azərbaycan maşın karvanlarının istifadəsinin qarşısı alınacaq”.
Erməni gədələrin hədəsi keçərli oldu. Azərbaycan maşın karvanlarının hətta sülhməramlıların müşayəti ilə də keçməsinə imkan verilmədi.
Ermənilər Azərbaycan dövlət nömrə nişanlı avtomobillərin Azərbaycan bayrağı ilə hərəkətinə imkan vermədilər. Burda deyiblər ki, “dad yarımçıq əlindən”. Yarımçıq işin nəticəsi budur. Xankəndi bizim yarımçıq işimizdir və biz hələ də torpaqlarımızda sərbəst hərəkət edə bilmirik.
Yaranmış situasiyada ən böyük irad Rusiya sülhməramlılarına bildirilməlidir. Necə sülhməramlısan ki, bir mülki maşın karvanının təhlükəsizliyini təmin edə bilmirsən?! Bacarmırsansa, burda nə işin var?
Azərbaycan tərəfi bu hadisəyə sakit qalmamalıdır. Təcili Laçın dəhlizi istiqamətində dövlət sərhədinə nəzarət edəcəyini bildirib, hərəkətə keçməlidir. Rusiya sülhməramlılarının heç bir iradı bu situasiyada qəbulolunan deyil. 27 illik atəşkəsdən – “gözü çıxmış qurd qardaşdan” ibrət götürülmədimi?
Ümid edirik ki, müzəffər ordunun Ali Baş Komandanı Dağlıq Qarabağda yaşanan xoşagəlməz olaylardan müfəssəl məlumatlıdır. Dəmir yumruğu yenidən göstərməsə, nə seperatçılar, nə də onların sülhməramlı yengələri ağıllanan deyil. Gözlər yalnız və yalnız onda…



moderator.az

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də