Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Balakən və Zaqatalada güclü leysan daşqınlara səbəb oldu

Balakən və Zaqatalada güclü leysan daşqınlara səbəb oldu

Balakən və Zaqatala rayonlarında yağan intensiv leysan yağışları bir sıra fəsadlara səbəb olub. Belə ki, Balakənin Peçaqar kəndində küçələri və yolları sel suları basıb. Yağıntı nəticəsində kənddaxili yollarda nəqliyyatın hərəkəti çətinləşib. Zaqatalada isə Tala çayının daşması bir sıra problemlər yaradıb.

Aylıq normanı bir neçə dəfə üstələyən yağıntılar, sakinlərin həyətyanı təsərrüfatlarına da ciddi ziyan vurub.

İlkin məlumatlara görə, ərazinin relyef və iqlim xüsusiyyətləri, qrunt sularının səthə yaxın yerləşməsi, həmçinin ərazidən keçən çaylarda suyun səviyyəsinin yüksəlməsi yaranmış vəziyyətin aradan qaldırılmasını çətinləşdirən əsas amillər sırasındadır. 

Hazırda ərazidə vəziyyət nəzarətdə saxlanılır, fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də