
Böyükşor-Pirşağı yolunda avtomobildə yanğın baş verib.
BMW markalı minik avtomobili qəza törədib, nəticədə maşın iki hissəyə ayrılaraq alışıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri cəlb olunub və yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.


