Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kamilo Duran “Qarabağ”ı tərk edir 

Kamilo Duran “Qarabağ”ı tərk edir 

"Qarabağ"ın futbolçusu Kamilo Duran Şotlandiyanın "Seltik" klubu ilə anlaşıb.

Kolumbiyalı hücumameyilli yarımmüdafiəçi Qlazqo təmsilçisi ilə şəxsi müqaviləsinin bütün detallarını razılaşdırıb.

İddiaya görə, "Seltik" bu keçid üçün "Qarabağ"a 3 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Qarabağ" Kamilo Duranı ötən ilin yayında Portuqaliyanın "Portimonense" klubundan 200 min avroya transfer etmişdi. 25 yaşlı vinger ötən mövsüm UEFA Çempionlar Liqasında 5 qol vurub.

(AZƏRTAC)


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də