Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daha bir qrup ukraynalı uşaq Bakıya gətirildi

Daha bir qrup ukraynalı uşaq Bakıya gətirildi

Daha bir qrup ukraynalı uşaq reabilitasiya proqramı çərçivəsində Bakıya gətirilib.

Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Ukraynalı 30 nəfərlik yeni uşaq qrupu Azərbaycanın təqdim etdiyi və xərcləri tamamilə qarşılanan reabilitasiya proqramı çərçivəsində bu gün Bakıya gəlib. Onlar növbəti iki həftəni Azərbaycanda keçirəcəklər. İndiyədək 662 ukraynalı uşaq bu proqramdan yararlanıb. Azərbaycana xoş gəlmisiniz”, - deyə o qeyd edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də