
Karen Qriqoryan Ermənistanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Müvafiq sərəncamı Ermənistan Prezidenti imzalayıb.
Sərəncama əsasən, Karen Qriqoryan Pakistan Respublikasında Ermənistanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edəcək.
Qeyd edək ki, Pakistan indiyədək Ermənistanı rəsmi olaraq tanımayan azsaylı ölkələrdən biri olub. Son illərdə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində müəyyən diplomatik addımlar atılıb.


