Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xamenei ilə vidada Qurandan GİZLİ MESAJ  

Xamenei ilə vidada Qurandan GİZLİ MESAJ  

İranda mərhum ali dini lider Ayətullah Əli Xamanei ilə vida mərasimi davam edir. İyulun 3-də başlayan və 9-da başa çatması planlaşdırılan mərasim bir sıra gərgin anlarla yadda qalıb.

Mərasimdə yerli və xarici rəsmilərlə yanaşı, Xameneinin üç oğlu - Məsud, Mustafa və Meysəm də iştirak edib. Lakin diqqətçəkən məqam odur ki, İranın hazırkı ali dini lideri Müctəba Xamenei təhlükəsizlik səbəbilə atasının vida mərasiminə qatılmayıb.

Xatırladaq ki, cari ilin fevral ayının 28-də ABŞ və İsrailin birgə hücumları nəticəsində öldürülən atasından sonra bu posta seçilən Müctəba Xamenei, təhlükəsizlik ehtimallarına görə ictimaiyyət qarşısına çıxmayıb.

Vida mərasimində yaşanan digər bir diqqətçəkən hadisə isə İran İslam İnqilabının banisi İmam Xomeyninin nəvələri ilə bağlı olub. Belə ki, Xomeyninin nəvələri Ayətullah Xameneinin tabutuna yaxınlaşarkən, Quran qarisi müqəddəs kitabdan bir ayə oxumağa başlayıb. Həmin ayənin mənası belədir:

“Fiziki qüsuru olmadan evdə oturan möminlər, malları və canları ilə Allah yolunda cihad edənlərlə eyni deyillər”.

Ayə ilə ötürülən mesajı dərhal anlayan İmam Xomeyninin nəvələri ayə hələ tamamlanmamış sürətlə tabutun yanından uzaqlaşıblar. Mərasimdə yaşanan bu insidentlər ölkənin elit dairələri arasındakı gizli gərginliyin göstəricisi kimi qiymətləndirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də