Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

7-ci sinif şagirdi komadan ayılmadı - FOTO

İmişlidə məktəbli komadan ayılmayıb.

 İmişli rayonu, Allahmədətli kənd ümumi orta məktəbinin 7-ci sinif şagirdi Kamilə Bədəlzadə vəfat edib.

Bu barədə məlumat məktəbin rəsmi sosial şəbəkə hesablarında paylaşılıb.

Bildirilib ki, bir neçə gün əvvəl Kamilə Bədəlzadənin halı pisləşib və o, komaya düşüb. Həkimlərin səylərinə baxmayaraq, məktəbli 5 gün komada qaldıqdan sonra həyatını itirib.

Məktəb rəhbərliyi və pedaqoji kollektiv Kamilə Bədəlzadənin vəfatından kədərləndiklərini bildirərək, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də