Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusların yeni "benzin kəşfi": 20 litr vur, 700 bonus al

Rusiyada avtomobil icarəsi şirkətləri yanacaq dolduran sürücülərə bonus verməyə başlayıb.

Rusiyada avtomobil icarəsi operatorları avtomobili öz hesabına yanacaqla dolduran istifadəçilərə endirim və bonuslar təklif etməyə başlayıb.

Bildirilib ki, cari ilin ilk beş ayında avtomobil icarəsi xidmətlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalıb.

Məsələn, "Yandex Drive" Rusiyanın altı şəhərində icarəyə götürülmüş avtomobilə ən azı 20 litr yanacaq dolduran sürücülərə 700 bonus balı vəd edir.

Avtomobil icarəsi xidmətlərinin gəlirliliyi azaldığı üçün şirkətlər yaranmış vəziyyətdən çıxış yolları axtarmağa məcbur qalırlar.

Şirkət nümayəndələri bildirirlər:

"Hər şey xeyli çətinləşib. Avtomobil icarəsi xidmətinin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənib və bununla yanaşı logistika problemlərimiz də artıb. Yeni reallıqlara uyğunlaşmağa məcburuq. Hazırda avtomobillərin bir hissəsi yanacaqsızdır və bütün müraciətləri operativ şəkildə emal etməyə həmişə çatdırmırıq. Bir çox avtomobil boş çənlə dayanıb."


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də