Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xameneinin nəvəsinin kiçik tabutu dəfndə: İrandan duyğusal görüntülər - FOTO

İranda dəfn mərasimində ABŞ və İsrail zərbələri nəticəsində Ayətullah Əli Xamenei və ailə üzvləri ilə birgə həlak olan nəvəsinin kiçik tabutu nümayiş etdirilib.

Regional gərginliyin ən pik nöqtəsində həyata keçirilən bu zərbələr İranda böyük əks-səda doğurub. Rəsmi Tehran və regional proksi qüvvələr tərəfindən idarə olunan media resursları, o cümlədən "Sepah Pasdaran"a yaxın kanallar dəfn mərasimindən görüntüləri geniş şəkildə tirajlayır.

Məlumata görə, ABŞ və İsrailin birgə hərbi hava əməliyyatları nəticəsində hədəf alınan ali rəhbər və onun yaxın çevrəsinin ölümü bölgədəki geosiyasi balansı kökündən sarsıdıb. Dəfn mərasimində nümayiş etdirilən kiçik tabut isə ölkədə ABŞ və İsrail əleyhinə kütləvi etiraz hisslərini və intiqam çağırışlarını daha da alovlandırmaq üçün əsas simvollardan birinə çevrilib. Hazırda regionda vəziyyətin daha da gərginləşəcəyi və qarşılıqlı hərbi cavab tədbirlərinin miqyasının böyüyəcəyi gözlənilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də