Bərdəli iş adamı Məhərrəm Şəfiyev şəhid Ramazanlı Əlizamin Umud oğlunun ailəsində olub FOTO
Yeni Azərbaycan Partiyası "Şəhid ailələrinə qayğı" aksiyası həyata keçirir. Bu aksiya çərçivəsində
YAP Bərdə rayon təşkilatının Sədri Fəqət Şadlinskaya bir qrup partiya fəalı- Məhərrəm Şəfiyev, Aynurə Əyyubova və Teymur Həmidovla birlikdə Vətən müharibəsində hərbi əməliyyatlar zamanı şəhid olmuş Şirvanlı kəndindən olan hərbi qulluqçumuz - əsgər Ramazanlı Əlizamin Umud oğlunun ailəsində olmuşlar.
Qeyd edək ki, əsgər Ramazanlı Əlizamin Umud oğlu Murov dağ istiqamətində, eləcə də işğal altında olan Füzuli, Xocavənd, Kəlbəcər rayonlarının və Ağoğlan qəsəbəsinin ( Hadrut qəsəbəsi ) düşmən tapdağından azad olunması üçün gedən döyüşlərdə iştirak etmiş və sonuncuda qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə əsgər Ramazanlı Əlizamin Umud oğlu ölümündən sonra - " Vətən uğrunda" , "İgidliyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Şəhidin anası Adilə xanım oğlunun döyüşlərdə göstərdiyi şücayətdən söz açmış, böyük fəxr hissi ilə şəhidlərimizin qanını yerdə qoymadıqlarına, Xalqımıza qələbə sevinci yaşatdıqlarına görə Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevə və müzəffər Azərbaycan ordusuna minnətdarlıq hissini bildirmişdir.Eyni zamanda ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə etmişdir. Partiya fəalları ailənin çətinlikləri ilə maraqlanmış və bəzi problemlərinin həlli üçün köməkliklər göstərmişlər.