Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda avtobus ağaca çırpıldı, 11 nəfər yaralandı

Bakıda avtobus ağaca çırpıldı, 11 nəfər yaralandı

Bakı şəhər Suraxanı rayonu Əmircan qəsəbəsində marşrut avtobusu ağır qəza törədib.

 113 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Karsan” markalı avtobus yoldan çıxaraq ağaca çırpılıb.

Nəticdə, avtobusda olan sərnişinlər və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, 01.07.2026-cı il tarixində saat 10:30 radələrində 11 nəfər (5 qadın, 6 kişi olmaqla) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də