
Söhbət Vətən müharibəsi şəhidi Alı Həsənlidən gedir.
A.Həsənli 2017-ci ildə hərbi xidmətini başa vurub və 2018-ci ilin dekabr ayından etibarən SOCAR Təhlükəsizlik idarəsində təhlükəsizlik əməkdaşı kimi işə başlayıb.
O, Füzuli və Cəbrayılın azadlığı uğrunda döyüşlərdə rəşadət göstərib və oktyabrın 20-də şəhid olub.
Prezident İlham Əliyevin sərəncamı ilə A.Həsənli ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.
“Hərbi xidmətə gedəndə elə bil qanad açıb uçurdu, gülə-gülə gedirdi”, - şəhidin atası Nofəl Həsənov deyir.
RegionTV.info qəhrəman şəhid barədə videoreportajı təqdim edir:
“Report”