Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məşhur aktyorun paylaşımı az müddətdə milyonlarla "bəyənmə" topladı - FOTO

Kamera qarşısında qızının saçlarını darayan Hollivud ulduzu Dueyn Conson bu paylaşımı ilə 7,7 milyondan artıq "bəyənmə" toplayıb.
RegionTV.info
xəbər  verir ki, məşhur aktyor kadrları özünün "Instagram" hesabında yayımlayıb.
Fotolarda 48 yaşlı aktyor iki yaşlı qızı Tiana ilə birlikdə uşaq otağında görüntülənib. Paylaşıma şərh verən aktyor dolaşıqları ağrısız açmağın çox məsuliyyətli bir iş olduğunu bildirib:
"Keçəl ola bilərəm, amma saç haqqında bir-iki şey bilirəm. Ən azı ona görə ki, buna sahib olmaq istərdim", - deyə o əlavə edib.
Pərəstişkarları aktyorun bu halını çox bəyəndiklərini bildiriblər:
"Ən yaxşı ata!", "Necə də füsunkar mənzərədir", "Qaya"nın edə bilmədiyi nəsə var? O hər şeyi bacarır!", "Qaya"nın yumşaq ürəyi var", "Uşağın üzündə ölçüyəgəlməz dərəcədə bir məmnunluq ifadəsi var", - deyə yazıblar. 
Məşhur aktyorun paylaşımı az müddətdə milyonlarla "bəyənmə" topladı - FOTOMəşhur aktyorun paylaşımı az müddətdə milyonlarla "bəyənmə" topladı - FOTO
Oxu.az

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də