Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

DSX-nin hərbi qulluqçusu çayda boğularaq öldü

DSX-nin hərbi qulluqçusu çayda boğularaq öldü

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Samux rayonu ərazisində baş vermiş hadisə nəticəsində həyatını itirib.

DSX-nin yaydığı məlumata görə, iyulun 1-də Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Vüsal Zabil oğlu Nəzərovun olduğu avtomobil idarəetmədən çıxaraq çay yatağına aşıb.

Bildirilib ki, məlumat daxil olan kimi Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən hadisə yerində axtarış-xilasetmə əməliyyatı keçirilib. Görülən tədbirlər nəticəsində hərbi qulluqçunun meyiti aşkar olunub.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Vüsal Nəzərovun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də