Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Qurtuluş"un rəhbəri azadlığa buraxıldı

"Qurtuluş"un rəhbəri azadlığa buraxıldı

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin əməkdaşları Elşad Məhərrəmovla Natiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər.

Bugünkü prosesdə çıxış edən prokuror Emil Murquzov təqsirləndirilən şəxslər - Ceyhun Salmanov və Elşad Məhərrəmova 4 il, Natiq Əliyevə isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası istəyib.

Məhkəmənin hökmünə əsasən, Ceyhun Salmanov 3 il 3 ay, Elşad Məhərrəmov 3 il 6 ay, Natiq Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlara Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti təyin edilib və məhkəmə zalından azadlığa buraxılıblar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də