Azərbaycanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.RegionTV.info "BiG.AZ"-a istinadən xəbər verir ki, Bakı-Qazax yolunun Goranboy rayonunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.
“Mercedes Vito” markalı mikroavtobus yük maşınına çırpılıb. Hadisə nəticəsində bir nəfər həyatını itirib. 6 nəfər isə xəsarət alıb.


									
 
						


