
Bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.
O bildirib ki, təqdim edilmiş qalıqlardan 206 şəxsə məxsus meyit qalıqları naməlum şəhid məzarlarından, 79 şəxsə məxsus meyit qalıqları isə tanınmadan dəfn edilmiş şəhid məzarlarından məzar adlarının dəqiqləşdirilməsi məqsədilə ekshumasiya edilib: “327 şəxsin qalıqları eyniləşdirilib. 226 nəfər şəhidimizin meyiti Dövlət Komissiyasının qərarı və iştirakı ilə şöbələrimizdən ailələrə təhvil verilib. Sabah -iyulun 1-də və 3-də daha 6 nəfər şəhidimizin meyiti ailələrinə təhvil veriləcək.
Bütün bu işlərin həyata keçirilməsində əməkdaşlarımız beynəlxalq təşkilatlarla çoxsaylı görüşlər keçirmiş, dünyanın müxtəlif bölgələrindən təcrübəli mütəxəssislər – məhkəmə-tibb ekspertləri ilə qarşılıqlı elmi-praktik əməkdaşlıq etmiş, kurslar və təlimlərdə iştirak edib”.


