Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonu ərazisində Böyük Qafqaz dağlarının Bazardüzü zirvəsi istiqamətində bir nəfər alpinistin sıldırımdan yıxılaraq xəsarətlərlə köməksiz və təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dənverilən xəbərə görə, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin peşəkar alpinist-xilasedicilərdən ibarət qrupu hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2000-ci il təvəllüdlü Cəfərov Altay Aqşin oğlunun Böyük Qafqaz dağlarının Bazardüzü zirvəsi istiqamətində dəniz səviyyəsindən təxminən 3500-3800 metr yüksəklikdə sıldırımdan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və həyati təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin alpinist qrupu tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində təhlükəli vəziyyətdə qalan A.Cəfərov yerində ilkin yardım göstərilməklə, çətin keçidli dağlıq ərazidən təxliyə edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də