Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

9-cu sinif şagirdi vəfat etdi

9-cu sinif şagirdi vəfat etdi

Qubadlı şəhərində məktəbli ölümü ilə bağlı kədərli xəbər yayılıb.

Qubadlı şəhər Bəhmən Mehdiyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi Abbaszadə Pərvin Bayram qızı vəfat edib.

Bu barədə məlumat məktəbin rəsmi "Facebook" səhifəsində paylaşılıb. Məktəb kollektivi mərhum şagirdin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Pərvin Abbaszadənin ölüm səbəbi barədə rəsmi məlumat açıqlanmayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də