Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistanda müxalifət partiyası məhkəmə prosesindən çəkildi

Ermənistanda müxalifət partiyası məhkəmə prosesindən çəkildi

Ermənistanın sabiq meri Hayk Marutyanın rəhbərlik etdiyi "Yeni Güc" Partiyası parlament seçkilərinin nəticələrinə etirazla bağlı Konstitusiya Məhkəməsində keçirilən iclaslarda iştirakını dayandırıb.

Bu barədə partiyanın nümayəndəsi açıqlama verib.

Bildirilib ki, partiya məhkəməyə seçki zamanı baş verdiyi iddia olunan qanun pozuntuları ilə bağlı faktları təqdim edib.

Partiya nümayəndəsinin sözlərinə görə, seçkilərdə etibarsız sayılan bülletenlərin sayının 17 minə çatması seçicilərin iradəsinə müdaxilə ehtimalını göstərir. Qeyd olunub ki, 2018 və 2021-ci illərdə keçirilən parlament seçkilərində etibarsız bülletenlərin sayı 5 mini keçməyib.

"Yeni Güc" Partiyası hesab edir ki, mövqeyini Konstitusiya Məhkəməsinə təqdim etdikdən sonra prosesdə iştirakını davam etdirməsinin mənası yoxdur. Bu səbəbdən partiya məhkəmə iclaslarında iştirakını dayandırmaq qərarı verib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də