Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məktəblərdə İncilin tədrisi məcburi OLACAQ

Məktəblərdə İncilin tədrisi məcburi OLACAQ

ABŞ-nin Texas ştatı dövlət məktəblərində yeni məcburi oxu proqramını təsdiqləyib.

Qərara əsasən, ingilis dili və ədəbiyyatı dərslərində İncilin seçilmiş hissələri məcburi tədris materialları siyahısına daxil ediləcək.

Texas Ştat Təhsil Şurası qərarı 9 lehinə, 5 əleyhinə səslə qəbul edib. Yeni proqramın 2030-cu ildən etibarən mərhələli şəkildə tətbiq olunacağı və 5 milyondan çox dövlət məktəbi şagirdini əhatə edəcəyi bildirilir.

Qərarı dəstəkləyənlər İncilin ABŞ-nin tarixi, mədəniyyəti və ədəbiyyatının öyrənilməsi baxımından mühüm mənbə olduğunu vurğulayırlar. Onların fikrincə, müqəddəs kitabdan seçilmiş mətnlərin tədrisi şagirdlərin ölkənin mədəni irsini daha yaxşı anlamasına kömək edəcək.

Bununla yanaşı, qərar ABŞ-də müzakirələrə səbəb olub. Tənqidçilər hesab edirlər ki, dövlət məktəblərində İncil parçalarının məcburi tədrisi ölkə Konstitusiyasında təsbit olunmuş din və dövlətin ayrılığı prinsipinə ziddir və digər dini inanclara mənsub və ya dinsiz şagirdlərin hüquqlarına təsir göstərə bilər.

Qeyd olunur ki, qərar şagirdləri dini ayinlərdə iştirak etməyə və ya ibadət etməyə məcbur etmir. Məcburilik yalnız İncilin seçilmiş hissələrinin ədəbiyyat və dil proqramı çərçivəsində tədris olunmasına aiddir.

Modern.az

Daha çox xəbər


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də