Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Havaya görə bu tədbir təxirə salındı

Havaya görə bu tədbir təxirə salındı

İçərişəhərdə 27 iyun tarixində keçirilməsi planlaşdırılan “Milli Geyimlər Günü” tədbiri təxirə salınıb.

Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu məlumat yayıb.

Bildirilib ki, hava şəraiti ilə əlaqədar tədbir təxirə salınıb.

“Yeni tarix barədə yaxın günlərdə sizi məlumatlandıracağıq. Göstərdiyiniz anlayışa görə təşəkkür edirik və tezliklə görüşməyi səbirsizliklə gözləyirik”, - paylaşımda bildirilib.

Qeyd edək ki, tədbirin proqramında sərgi və yarmarka, milli rəqslər və dəfilələr, konsert proqramı və s. yer alıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də