Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Putinin varisi öldü

Putinin varisi öldü

Rusiyanın keçmiş müdafiə naziri Sergey İvanov dünyasını dəyişib.

Onun ölümü barədə fəxri prezidenti olduğu "VTB Vahid Liqası" məlumat yayıb. Bu məlumatı Rusiya Hərbi Tarix Cəmiyyəti (RHTC) də təsdiqləyib - İvanov orada qəyyumlar şurasının sədri idi. Onun 73 yaşı var idi.

Sergey İvanov 2001–2007-ci illərdə Müdafiə Nazirliyinə rəhbərlik edib. Bu vəzifədən getdikdən sonra o, Rusiya hökumət sədrinin birinci müavini və müavini (2007–2011-ci illərdə) postlarını tutub. Daha sonra Prezident Administrasiyasına keçərək 2011–2016-cı illərdə bura rəhbərlik edib. 2016-cı ildən 2026-cı ilə qədər isə Rusiya Federasiyası Prezidentinin təbiəti mühafizə fəaliyyəti, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi olub.

Fevralın 4-də Sergey İvanov bu vəzifədən istefa vermişdi. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun  bildirdiyinə görə, İvanov istefaya getməyi özü istəmişdi.

Qeyd edık ki, İvanov 2008-ci ildə Dmitri Medvedevlə yanaşı Putini prezident postunda əvəz edəcək potensial namizəd kimi baxılırdı. Sonradan Dmitri Medvedevin namizədliyi təsdiqlənmiş, o 2008-2012-ci illərdə prezident səlahiyyətlərini icra etmişdi.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də