
Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə hökumətin ötənilki fəaliyyəti ilə bağlı hesabatını təqdim edib.
Baş nazir İrakli Kobaxidze 2027-ci ilin sonunda Vaziani Tbilisi Beynəlxalq Aeroportunun tikintisinə başlanılmasının nəzərdə tutulduğunu açıqlayıb.
"Hazırda Vaziani Tbilisi Beynəlxalq Aeroportunun tikintisi üzrə hazırlıq işləri aktiv şəkildə davam etdirilir. Tikinti prosesinə 2027-ci ilin sonunda başlanılması, layihənin isə 2031-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır".
Baş nazirin sözlərinə görə, Telavi və Mestia hava limanlarında yeni terminalların tikintisinə də yaxın vaxtlarda start veriləcəyini söyləyib:
Qeyd edək ki, Vaziani kəndi Gürcüstanın cənub-şərq hissəsində, azərbaycanlıların kompakt yaşadığı Qardabani bələdiyyəsinin ərazisində yerləşir. Yaşayış məntəqəsi Qardabani şəhərindən təxminən 23 kilometr şimal-şimal-qərb istiqamətində (birbaşa xətt üzrə) məsafədə yerləşir.


