Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Naxçıvanda hərbi yürüş keçirilib - FOTO

Naxçıvanda hərbi yürüş keçirilib - FOTO
Naxçıvan şəhərində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar hərbi yürüş təşkil edilib.

Hərbi yürüş şəhərin Dilqəm Pişəvəri küçəsindən Heydər Əliyev prospektində yerləşən Zəfər Parkınadək davam edib. Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yürüş iştirakçıları hərbi orkestrin müşayiəti ilə hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar və şüarlar səsləndiriblər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də